Şagirdimiz “Zəfər tarixi” Esse Olimpiadasının qalibləri sırasında

    27 oktyabr 2022-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyi tərəfindən məktəblilər arasında təşkil olunan “Zəfər tarixi” Esse Olimpiadasının Final mərhələsinə yüksələn şagirdlərlə tədbir keçirildi.

    Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə təşkil olunan tədbiri giriş sözü ilə Bakı İnsan Hüquqları məktəbi İctimai Birliyinin sədri Azər Ələkbərov açaraq qeyd etdi ki, bütün respublika məktəblilərini əhatə edən layihə şagirdlər arasında böyük rezonansa səbəb olmuşdur, ölkənin müxtəlif bölgələrindən ümumilikdə 466 Esse müsabiqəyə təqdim olunub.

    Liseyimiz şagirdi Bozuyev Yusif Elçin oğlu məktəblilər arasında keçirilən “Zəfər tarixi” Esse Olimpiadasının final mərhələsinə yüksələn şagirdlərdən olmuşdur.

    Lakin, məktəblilər tərəfindən birliyin elektron ünvanına göndərilən Esselərin səviyyəsi, şagirdlərin inşa səmimiliyi, Zəfər tariximizə sevgisi, Şəhidlərimizə ehtiramı o qədər yüksək səviyyədə özünü biruzə verdi ki, Final turuna 31 Esse seçildi.

    Sonda bütün finalçılar Diplomlarla və hədiyyələrlə təltif olundular.

    Bozuyev Yusif “Zəfər tarixi” Esse Olimpiadasının Final mərhələsində III yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edirik!

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi