"Azadla Zəfərə doğru" adlı kompozisiya

    28 oktyabr 2022-ci il tarixində liseydə Vətən Müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun Anım günü keçirilmişdir.
    Tədbirdə dövlət himni səslənmiş və şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Liseyin direktoru Arif Əsədov tədbiri giriş sözü ilə açaraq, qəhrəmanın döyüş yolundan, onun misilsiz qəhrəmanlığından söz açdı. Bütün xalqımıza və şəhidin ailə üzvlərinə baş sağlığı verdi.
    Sonra söz müharibədə iştirak etmiş şahidlərə verildi.

     Azad Hümbətovun xatirəsinə həsr olunmuş "Azadla Zəfərə doğru" adlı kompozisiya tamaşaçılara təqdim olundu.

    Şəhidin döyüş yolu və onun qəhrəmanlığı haqqında məlumat və video-çarxlar nümayiş etdirildi. Həmçinin, Azad Hümbətova həsr olunmuş şeir və mahnılar səsləndi.
    Tədbirdə liseyin pedoqoji kollektivi ilə yanaşı, valideynləri də yaxından iştirak etdi. Azad Hümbətovun ailə üzvləri və yaxınları onunla bağlı öz xatirələrini danışdı.
    Azadın müəllimləri qeyd etdilər ki, Azad kimi oğullarımızın döyüş yolu hər zaman öyrənilməli və gələcək nəslə çatdırılmalıdır.
    Şəhid ən uza zirvədir, şəhid müqqəddəsdir! Ruhun şad olsun, qəhrəman şəhidim!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi