Ekoloji tarazlığın qorunması və bərpası haqqında layihə keçirildi

    26 oktyabr 2022-ci il tarixində liseydə Biologiya müəllimi İradə Zöhrabova 8c sinfi ilə birgə Ekoloji tarazlığın qorunması və bərpası haqqında layihə həyata keçirdi.

    İradə Zöhrabova şagirdlərə su hövzələrinin təmiz saxlanması, yaşıllıqların artırılması, atmosfer havasının çirklənməsinin qarşısının alınması haqqında məlumat verdi.

    Hüseynova Ləman, Hüseynova Aysel su hövzələrinin təmiz saxlanması, Mehtizadə Mehti, Babayev Cəlal, Əliyev Riyad, Səfərov Cəbrayıl, Salahov Ayaz atmosfer havasının çirklənməsinin qarşısının alınması, Yusifzadə Azər, Səmədov Zaur, Həsənov Teymur yaşıllıqların artırılması haqqında hazırladıqları təqdimatları nümayış etdirdilər.

    Təqdimatlardan sonra şagirdlər ətraf mühitin çirklənməsinin qarşısının alınması yollarını müzakirə etdilər və öz təkliflərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi