"Azərbaycan dilini öyrənirəm" dərnəyinin məşğələsi keçirildi

24 oktyabr 2022-ci il tarixində liseydə fəaliyyət göstərən "Azərbaycan dilini öyrənirəm" dərnəyinin rəhbəri Səriyyə Rəhimova 5c rus bölməsinin şagirdləri üçün növbəti dərnəyini keçirdi. Tədris olunan yeni mövzu saitlərin növləri oldu.
Dərsdə uşaqların üzündən yaxşı oxumaq bacarıqlarını təkmilləşdirmək məqsədi ilə müxtəlif kitablarından nağıllar oxundu.
Kitabxanada şagirdlərlə əlavə mütaliə vaxtı keçırildi.