"Qazılıq Qoca oğlu Yeynək" boyu

    21 oktyabr 2022-ci il tarixində liseyin "Dalğa" bədii qiraət dərnəyinin növbəti məşqi keçirildi.

    Dərnəyin bu günkü mövzusu "Dədə Qorqud" dastanından şeir nümunələri idi. Şagirdlər "Qazılıq Qoca oğlu Yeynək" boyundan şeirlər təqdim etdilər.

    Əvvəlcə dərnək üzvülərinə şeirin mahiyyəti, intonasiyası və obrazlı oxu qaydaları izah olundu. Onlar şeir üzərində işləyərkən həm ifadəli oxu bacarığına, həm də xalqımızın nadir incilərindən sayılan "Kitabi-Dədə Qorqud " dastanı ilə yaxından tanış oldular.

    Dərnək üzvüləri məşq prosesində bədii qiraət bacarıgına yiyələnirlər. Bu isə onların nitqinin inkişafında müsbət rol oynayır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi