"Təbiətimizi qoruyaq" adlı maarifləndirici səhnəciklər

     Biologiya həftəsi çərçivəsində 5,12,19 oktyabr 2022-ci il tarixində liseyimizin 6b sinif şagirdləri arasında qrup işləri üzrə təqdimat yarışması keçirilib.

     Uşaqlar 3 qrupa bölünüblər. I qrupun işi "Nənənin şəfqətli balaları" mövzusunda qrup rəhbəri Fuad Xəlilin təqdimatı, II qrupun işi "Ruhun səfəri" mövzusunda qrup rəhbəri Kərimli Çiçəyin təqdimatı, III qrupun işi isə "Bitkilərin əhvalatı" mövzusunda qrup rəhbəri Şirinova Fidanın təqdimatı ilə keçirildi.

    Qrup işləri çox böyük həvəslə və rəqabətlə keçdi. Uşaqlar işlərini səhnəcik formasında təqdim etdilər. Uşaqların işinin qiymətləndirilməsi üçün görülən işlər məktəbimizin direktor muavini Günay Çəndərlyəi və liseyimizin UBTR-i Ə.Zeynalovaya təqdim edildi.

    Onların rəyi əsasında qaliblər seçildi. Uşaqlar qalibləri təbrik etdilər. Qaliblər çox sevincli idilər.

    Sinifin biologiya müəlliməsi Sədaqət Əliyeva şagirdlərinin işindən razı qaldı və onları təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi