Voleybol dərnəyi keçirildi
20 oktyabr 2022-ci il tarixində Fiziki tərbiyə müəllimi Zaur Cəfərov liseyin şagirdləri üçün voleybol dərnəyi keçirdi.
İdman növlərinin keçirilməsi şagirdlərin maarifləndirilməsi üçün sosial bir vasitə daşıyır. Eləcə də sağlam, fərqli həyat tərzi formalaşdırır.
Bundan əlavə, şagirdlər bir neçə təlim məşqlərinin mənimsənilməsində iştirak etdilər.
Bu məşqlərdə əsas olaraq, topu tor altından sağ və sol cinaha ötürmək, həmçinin fişka ətrafında dairəvi dönmələr, ikilikdə top ötürmələr və sairə hərəkətləri icra etdilər.
Sonda isə şagirdlər öz təəssüratlarını bölüşərək, fikir mübadiləsi apardılar.