"Təbiəti qoruyaq" layihəsi
Artıq üç ildir ki, Bakı Şəhəri üzrə "Ekoklub" dərnəkləri fəaliyyət göstərən orta təhsil müəssisələri və regional Uşaq-Gənclər İnkişaf Mərkəzini əhatə edən "Yaşıl şəbəkə" ekoloji maarifləndirmə proqramı çərçivəsində "Ekoloji yönümlü və enerji məktəblərin yaşıl şəbəkəsi" proqramı və müsabiqəsi həyata keçirilir. 2022-ci il yanvar ayından qeydiyyatlara başlanılan müsabiqənin cari ilin sentyabr ayından etibarən 2023-cü ilin may ayına qədər II mərhələdə həyata keçiriləcəkdir.
Müsabiqənin əsas məqsədi fasiləsiz dayanaqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sayəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Bu ildən başlayaraq, bütün ümumtəhsil məktəblərində fəaliyyət göstərərn ekoklubların aktiv üzvləri və məktəbin ekoloji aksiyalarının və praktiki tədbirlərin keçirilməsinə (uşaq qrupları ilə müzakirələr) başlanılıb. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportu tərtib olunacaqdır.
Bu məqsədlə RUGİMin İntellektual İnkişaf şöbəsinin mütəxəssisi və liseyimizdə fəaliyyət göstərən "Bal arıları" ekoklubunun dərnək rəhbəri Mətanət Qasımovanın təşkilatçılığı ilə növbəti ekoloji aksiya keçirdilər.
Ekoloji aksiyanın məqsədi məktəbin yaşıl dizaynını böyütmək və inkişaf etdirməkdir. Ekoklub üzvləri əvvəlcə dibçəklərin üzərini öz istədikləri kimi bəzək vurdular.
Sonra dibçəklərə müxtəlif növ otaq bitkiləri (kaktus, aloe vera, beqoniya, ətirşah, kalanxoe, krasulla, moloçay milya) əkdilər və suladılar. Tədris ili müddətdə ekoklub üzvləri bu bitkilərə qulluq edəcəklər.