Müstəqilliyimiz əbədidir!
18 oktyabr 2022-ci il tarixində UBTR-i Ə.Zeynalovanın təşkilatçılığı ilə 8ç sinfində Milli Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir!" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə şagirdlər bir-birindən maraqlı şeir və mahnılar ifa etdilər.
İştirakçılar "Azər və Baycan" səhnəsini isə gur alqışlarla qarşıladılar.
"Vətən eşqi" kompozisiyayasında isə şagirdlər vətənə, xalqa olan sevgilərini bir daha yüksək şəkildə əks etdirdilər.
Tədbirin sonunda liseyin direktoru filoligiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edərək, Müstəqillik Günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə Vətən Müharibəsi qaziləri çıxış edərək, şagirdlərə öz keçdikləri döyüş yolundan söz açdılar. Şagirdləri həmişə vətənpərvər olmağa səslədilər.
Sonda bir qrup müəllim, şagird və valideyn kollektivinə liseyin müdiriyyəti tərəfindən diplomlar təqdim olundu.