"Dalğa" bədii qiraət dərnəyinin növbəti məşqi keçirildi
14 oktyabr 2022-ci il tarixində "Dalğa" bədii qiraət dərnəyinin növbəti məşqi keçirildi.
Dərnəyin bugünkü mövzusu Ə.Xəqaninin "Gənclərə nəsihət" şeri idi.
Əvvəlcə dərnək üzvlərinə şeirin mahiyyəti izah olundu.
Onların hər biri şeir üzərində işləyərkən həm ifadəli oxu bacarığına, həm də qiraət bacarığına yiyələnirlər. Şagirdlərin dünyagörüşünün inkişafında bədii qiraətin müsbət təsiri var.
"Gənclərə nəsihət" şeiri şagirdlərin mənəvi aləminin zənginləşməsində və nitqlərinin inkişafında da böyük rol oynayır.