Riyaziyyat dərnəyi maraqlı keçirilir
14 oktyabr 2022-ci il tarixində riyaziyyat müəllimi Kübra Əmiraslanovanın rəhbərliyi ilə Riyaziyyat dərnəyi keçirildi. Şagirdlər faiz və məsafələrə aid məsələləri həll etdilər.
Şagirdlər verilən tapşırıqları həvəslə yerinə yetirdilər. Çingiz çətin sualların həllində xüsusi fəallıq göstərdi.
Dərnəkdə şagirdlər əldə etdikləri yeni bilikləri verilən məsələlərdə tətbiq etməyi bacardılar.