Şagirdlərimiz Beynəlxalq kitab sərgisində

08 oktyabr 2022-ci il tarixində liseyin 5a sinfindən bir qrup şagird sinif rəhbəri Qaybalıyeva Ətrabənin təşkilatçılığı ilə Bakı Ekspko Mərkəzində təşkil olunan kitab sərgisində iştirak etdi.
16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatdan təmsil olunmuş sərgi Şuşa ilinə həsr olunmuşdu.
Şagirdlər sərgidəki kitabları maraqla qarşıladılar. Nağıl qəhrəmanları ilə tanış oldular.
Sərgi şagirdlərin çox xoşuna gəldi. Onlar sərgidən xoş təəssüratla ayrıldılar.
.