Şagirdimiz Qarabag Azərbaycandır” – İşğaldan azad olunmuş torpaqlarımız” adlı inşa-yazı müsabiqəsinin qaliblidir

    28 sentyabr 2022-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 27 sentyabr - Anım gününə həsr olunmuş Nərimanov rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Qarabag Azərbaycandır” – İşğaldan azad olunmuş torpaqlarımız” adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

    Mükafatlandırma mərasimində Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Nərimanov Rayon Gənclər və idman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmişlər.

    Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif edilmişlər.

    Liseyimizin 9d sinif şagirdi Məmmədova Həyat  bu müsabiqədə III yerə layiq görülmüşdür.

    Şagirdimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi