Bİr şagird, bir müəllim, bir qələm və bir kitab dünyanı dəyişdirə bilir
Müəllimlik üçün tələb olunan xüsusiyyətlərin ən vacibi sevgidir. Şagirdlər məktəbi sevsinlər, dərsləri darıxdırıcı keçməsin, özlərini yaxşı hiss etsinlər deyə liseyimizin tarix fənn müəllimi Məmmədova Səbinə 5b sinfinə gözəl dizayn verib. Əgər şagirdə, sənətə sevgi varsa, biliyini öyrətməkdə və paylaşmaqda çətinlik yoxdursa, onda müəllim olmağa dəyər.
Məktəbimizin tarix fənn müəllimi Məmmədova Səbinə öz işinə sevgi ilə yanaşır.
M.Səbinə qeyd edir ki , zəhmətinin bəhrəsini görəndə, biləndə ki, şagirdlərinə biliklər verməklə yanaşı, onlarda yeni potensial aşkar edib, uşaqlarda özünə inam aşılayıb, bu zaman böyük iftixar hissi keçirir.
Ən əsas sevgi-şagirdi, peşəni, vətəni, milləti, milli adət-ənənləri sevməkdir ki, sonra bu sevgini qarşındakına ötürə bilirsən.