Liseyimizdə Bilik Günü tədbiri keçirildi

15 sentyabr 2022-ci il tarixdə Respublikamızın hər yerində olduğu kimi, liseyimizdə də ilk dərs günü qeyd olundu. Liseyin 27 sinfində 610 şagird 2022-2023-cü tədris ilinin ilk günü parta arxasında oturdu.
Bilik Gününə həsr olunmuş tədbirin giriş sözünü liseyin direktoru A.Əsədov söylədi. O qeyd etdi ki, mənfur qonşularımızın təxribatı nəticəsində yenə torpağımız şəhid qanına boyanıb. Onlarla şəhidimiz var. Şəhidlərimiz gənc nəslimiz rahat oxusun deyə, öz ana torpağında azad yaşasın deyə canlarını fəda ediblər. Bütün bu çətinliklərə baxmayaraq, xalqımızın qəhrəman oğulları möhtərəm prezidentimiz İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək düşmənin cavabını verir. Bildiyimiz kimi bu il “Şuşa “ili elan edilib. Vətənimizin inkişafı, Qarabağımızın dirçəlişi hamını sevindirir. Ölkəmizdə təhsilə çox önəm verilir. Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yeni-yeni təhsil ocaqları tikilir, bərpa edilir. Bütün bunlar şagirdlərimizi daha yaxşı oxumağa ruhlandırır.
Liseyimizin Bilik Günü tədbirində ilk dərs günü şagirdlərimizi şəhid məzunumuz Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, qocaman təhsil işçisi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Həlimə Mehdiyeva, BŞTİ nümayəndəsi Zaur Balaqadaşov, direktor müavinləri S.Hüseynova, Z.Qasımova uğurladılar. Onlar şagirdlərimizə dərslərində müvəffəqiyyət, zehin açıqlığı arzuladılar.
İlk dərs saatı “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.