Yeni tədris ilinə hazırlıqlar yekunlaşır

2021- 2022 -ci tədris ili liseyimiz üçün uğurlu olmuşdur. Belə ki, IX sinif şagirdlərimiz DİM - in keçirdiyi buraxılış imtahanlarında ən yüksək nəticələr əldə etmiş və liseyimiz Bakı şəhəri üzrə I yeri tutmuşdur. IX sinif məzunlarından 16 nəfər fərqlənmə attestatı almışlar.Bundan əlavə, XI sinif məzunlarının hamısı, yəni 53 nəfər yüksək nəticələr əldə edərək müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Bu məzunlardan 12 nəfəri fərqlənmə attestatı almış, 1 nəfər Cabbarlı Cəlil Mehman oğlu isə qızıl medal almışdır.Həmin məzunumuz Kanadanın McGill Universitetinə qəbul olunmuşdur.
Bundan əlavə, liseyin şagirdləri müxtəlif müsabiqələrdə,fənn olimpiadalarında iştirak etmiş və nailiyyətlər əldə etmişlər. Bütün bu uğurlar bizi daha yaxşı işləməyə, Vətənə, Dövlətə xeyirli övladlar yetişdirməyə ruhlandırır. Biz hər bir nailiyyətimizlə liseyimizin şəhid məzunu Azad Hümbətova öz vicdan borcumuzu ödəməyə və onun ruhunun şad olmasına çalışırıq.
Sabah ilk dərs günüdür.Liseyimiz ilk dərs gununə tam hazırdır. Sinif otaqları, dəhlizlər, həyətyanı sahə, idman meydançası qaydaya salınıb, bütün şagirdlər dərsliklərlə təmin olunub, yeni gəlmiş şagirdlər üçün liseylə tanışlıq keçirilib, liseydə pedaqoji şura və metodbirləşmə iclasları keçirilib. Dərs cədvəlləri hazırlanıb. Artıq dərslərə başlaya bilərik.Yeni dərs ilimiz uğurlu olsun!