Məzunumuz xaricdə təhsil üzrə dövlət proqramının qaliblərindəndir

Ötən tədris ili liseyimiz üçün çox əlamətdar təhsil uğurları ilə yadda qaldı. Liseyimizin şagirdləri bir çox ölkə əhəmiyyətli yarış və müsabiqələrdə uğurla iştirak etdikləri kimi, məzunlarımız da ölkəmizin və dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə qəbul oldular. Həmin məzunlarımızdan biri də Cabbarlı Cəlil Mehman oğludur.
Cabbarlı Cəlil Kanadanın McGill Universitetinə qəbul olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda iştirak edərək həmin universitetdə təhsilini dövlət hesabına almaq üçün təqaüd qazanmışdır.
Cəlili, onun müəllim və valideynlərini təbrik edir, ona yeni uğurlar arzu edirik!