Pedaqoji Şurasının bu tədris ili üçün son iclası keçirildi

    30 iyun 2022-ci il tarixində liseyimizin Pedaqoji Şurasının bu tədris ili üçün son iclası keçirildi. İclasda direktorun, direktor müavinlərinin, sinif rəhbərlərinin 2021-2022-ci tədris ili üzrə hesabatları dinlənildi, nəticələr təhlil edildi.       

    Müəllimlərin qaldırdığı məsələlər müzakirə edildi, bir neçə məsələ ilə bağlı səsvermə keçirildi. 

    Pedaqoji Şuranın iclasının sonunda 2021-2022-ci tədris ilində nümunəvi əmək intizamı ilə seçilən, liseydə tədrisin keyfiyyətinin yüksəldilməsində xüsusi rolu olan, şagird-müəllim, valideyn-müəllim ünsiyyətində müsbət tendensiyaları sərgiləyən, istedadlı şagirdlərin aşkar edilməsində lisey rəhbərliyinə kömək edən bəzi müəllimlər Fəxri Fərmanla təltif edildi.

    Ümid edirik ki, növbəti tədris ilində müsbət istiqamətdə yeni nailiyyətlərin qazanılmasında bütün kollektivimiz daha da mütəşəkkil şəkildə fəaliyyət göstərəcək.

    Dəyərli kollektivimizə məzuniyyətlərini xoş keçirməyi arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi