“Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə açıq turnirlərə start verildi

    28 iyun 2022-ci il tarixdə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə (dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, iplə tullanma, turnikdə dartinma, halqa fırlatma, 50 metr qaçış) liseyin şagirdləri arasında turnir keçirilib.
    Turnirdə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli “Ekologiya” liseyinin direktoru Arif Əsədov, müəllim heyəti və idmana həvəsi olan şagirdlər iştirak etmişlər.
    Sonda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən turnir iştirakçıları sertifikatlar, hər növ üzrə I yeri tutan qaliblər isə diplomlar ilə təltif olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi