"Planet Calling" ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş açılış

İyunun 24-də Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş "Planet Calling" adlı növbəti açılışı olub.
Açlışda Azərbaycanın nazirlik və idarələrinin nümayəndələri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, fotoqraf Reza Deqati və digər xüsusi qonaqları olublar.
Açılışda 13 instalyasiya nümayiş olunurdu. Gündəlik olaraq, məişət cihazlarında çoxlu sayda batareyalar istifadə olunur və onlar öz ömürlərini zibilliklərdə bitirərək, torpağı və suyu çirkləndirirlər. Şagirdlər tullarından incəsənət əsərinin hazırlanması onlara yeni həyat vermək imkanının nümayişidir.
Ətraf mühitin mühafizəsi ideyalarından ilhamlanan uşaqlar və yalnız bir formadan digər formaya keçməsi konsepsiyasını reallaşdıraraq, batareyaların elektrik energisini incəsənət və yaradıcılıq enerjisinə çevirə bildilər.
Eksponatların hazırlanması prosesi uşaqları həvəsləndirdi, yeni ideya axtarışlarına ruhlandırdı və təkrar emal məsələlərinə müasir yanaşmanın formalaşmasına kömək etdi. İnstalyasiya üçün istifadə olunmuş batareyalar "Yaşıl şəbəkə" ekoloji maarifləndirmə proqramı çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Ekoklub" üzvləri tərəfindən toplanmışdır.
Liseyimizin "Ekoklub" üzvləri tərəfindən 700 batareya təhvil verilmişdir.