Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunan səmti müəyyənetmə idman növü üzrə yarış keçirilib

    Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə iyunun 26-da Gənclik parkı ərazisində “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunan səmti müəyyənetmə idman növü üzrə yarış keçirilib.

    Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında tarixi rolu olan və eyni zamanda 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsində müstəsna rol oynayan Azərbaycan ordusunun atributu sayılan “26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”nə həsr olunan yarışın məqsədi uşaq və yeniyetmələrdə vətənə məhəbbət, vətənpərvərlik hissinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği, onlarda məsuliyyət, iradəlilik, yaranmış vəziyyəti tez və dəqiq qiymətləndirmək bacarığı, düşünmə qabiliyyətinin və fiziki bacarıqların inkişaf etdirilməsidir.

    Qeyd edək ki, 2015-ci ildən RUGİM tərəfindən Azərbaycanda uşaq və yeniyetmələr arasında səmti müəyyənetmə idman növünün fəaliyyəti bərpa olunaraq, onun inkişafı üzrə geniş şəbəkə yaradılıb və bu istiqamətdə bir sıra mühim tədbirlər həyata keçirilib. RUGİM-də bu idman növü üzrə klublar fəaliyyətə başlayıb, bir çox təlim məşqləri və yarışlar təşkil olunub, ekoklub üzvləri səmti müəyyənetmə idman növü üzrə Beynəlxalq yarışlarda iştirak edərək qalib olublar.

    Bu yarışda liseyimizin şagirdləri Salahov Ayaz, İbrahimova Nərgiz, Bəgalıyev Məsud, Bəgalızadə Nigar, Nəzərova Zəhra, Nəzərova Məryəm, Qurbanlı Hüseyn iştirak etdilər.

     I yerə Salahov Ayaz, İbrahimova Nərgiz layiq görüldü.

    Sonda bütün yarış iştirakçıları mükafatlandırıldı.

    Şagirdlərimizi təbrik edirik! Uğurlarınız bol olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi