Kiçik Akademiyanın fəaliyyəti

    Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №-li Ekologiya liseyi 2017-ci ildən etibarən fəaliyyətini yenidən qurmaqla Nərimanov rayonunu üzrə bu sahədə təşəbbüskar məktəb kimi tanınmağa başlandı.

    Liseyə yeni təyin olunmuş direktor Arif Əsədov və KA-nın yeni seçilmiş rəhbəri Ariz Məmmədov KA-nın fəaliyyətini yüksək pilləyə qaldıra bilmişlər.

    Hər həftə keçirilən KA-nın seminarlarında rayonun digər məktəblərindən dəvət olunmuş gənc “alimlər” öz tədqiqat işlərini təqdim etmiş, elmi nailiyyətlərini bizimlə bölüşmüşlər.

    Liseyin KA-nın seminarlarında 36, 57, 45,  66, 178, 193, 34 və s. məktəblərin başda direktorları olmaqla nümayəndə heyətləri, eləcə də BŞTİ-nin xüsusi nümayəndələri iştirak etmişlər.

     2018 ci ildə isə 82 №-li məktəbdə (təşkilatcı) aparıcı olaraq Ekologiya liseyi Bakı şəhəri üzrə KA-nın fəaliyyətinə həsr olunmuş şəhər məktəblərinin direktorları və BŞTİ-nin rəhbər işçilərinin iştirakı ilə konfrans keçirilmişdir. Konfrans müzakirə olunan məsələlərə görə iştirakçıların yadında xoş xatirə kimi qalmış, bir sıra məktəblərdə KA-nın fəaliyyətinin dirçəlməsində xüsusi rol oynamışdır. O vaxtdan etibarən Ekologiya liseyi Nərimanov rayonu üzrə aparıcı məktəb seçilmişdir. 

  Bu il liseymizdə yenə də müxtəlif məktəblərin müəllim və şagird heyəti KA-nın seminarlarında iştirak etmək üçün bizə təşrif gətirirlər.

  Bizim də nümayəndə heyətimiz digər məktəblərin KA seminarlarında iştirak edir.

  Cari ilin dekabr ayında liseydə Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş Beynəlxalq Elmi konfransda “Aşıq Ələsgər yaradıcılığında müxtəlif elm sahələri ilə inteqrasiya” mövzusunda KA-nın rəhbəri A.Məmmədov çıxış etmişdir.

  Həmin konfransda 291 №-li Ekologiya liseyi, KA-nın fəal üzvləri 9b sinif şagirdləri Zamiq Muradlı və Bəyim Əhməd “Aşıq Ələsgərin yaradıcılığında Azərbaycan ekologiyası” mövzusunda elmi araşdırmalarını təqdim etmişlər.

   Həmçinin, KA-nın fəal üzvləri 18 №-li məktəbdə keçirilən “Şuşa ili” intellektual oyun müsabiqəsində uğurla iştirak etmişlər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi