"Yay məktəbi"nin bugünkü cədvəli

    16.06.2022-ci il tarixindən liseydə yay məktəbinə start verilmişdir. Səhər saat 9:00-da şagirdlər Dövlət himninin oxunması ilə ilk dərsə başlamışdılar.

    Şagirdərin maraqlarını təmin etmək məqəsdi ilə müxtəlif dərslər, oyunlar, tədrislə bağlı yarışmalar "Yay məktəbi"nin əsas məzmununu təşkil edir. Bu gün ilk dərs hərbi vətənpərvərlik mövzusuna həsr olundu. Hərbi hazırlıq müəllimi Salamov Fərrux şagirdlərə bu mövzuda ətraflı məlumat verdi. Eyni zamanda şagirdlər silahlardan istifadə qaydası ilə tanış oldular.

    İkinci dərsdə biologiya kabinetində olan şagirdlər dərman bitkiləri faydaları ilə tanış oldular. Həyətyanı sahədə müxtəlif tərəvəz toxumlarını əkdilər. Şagirdlərə biliklə yanaşı zəhmətə alışmaq və sair bacarıqlarının inkişaf etməsində yay məktəbinin əhəmiyyətli rolu var.

    Daha sonra onlar kompüter bacarıqlarını nümayiş etdirdilər. Bu gün şagirdlərimiz əyləncəli məntiqi oyunlarda iştirak edərək əyləndilər.

    Sonda şagirdlər piknikə dəvət olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi