Bakı Elm Olimpiadası liseyimizdə çox maraqla qarşılanmışdır

    Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılmışdır.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən müsabiqənin mükafatlandırma mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, millət vəkilləri, universitet rektorları, Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, qalib adını qazanan məktəblərin komandaları və KİV təmsilçiləri iştirak ediblər.

    Liseyin fizika müəllimi Ətrabə Qaybalıyevanın rəhbərliyi ilə liseyin şagirdləri Aysel Məmmədova, Aytac Ramazanova, Elnarə Əhmədli də bu mötəbər yarışmada iştirak etmişlər. Şagirdlərimiz Olimpiadada çox böyük maraqla iştirak etmiş, yaxşı təəssüratla ayrılmışlar.

Qalibləri liseyimiz adından təbrik edir, onlara uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi