Liseyimizdə "Son zəng" tədbiri

    14.06.2022-ci il tarixində liseydə "Son zəng" tədbiri keçirildi. Tədbirdə liseyin şəhid məzunu, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun ailə üzvləri, BŞTİ-nin nümayəndəsi Nigar Tanrıverdiyeva, valideyn komitəsinin sədrləri iştirak edirdilər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni sədaları ilə başladı.

    Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov qonaqları təqdim etdikdən sonra, sözü Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun valideynləri Arif Hümbətova və Leyla Hümbətovaya verdi.Onlar çıxış edərək məzunları təbrik etdilər, məzunlara vətənə layiqli vətəndaş olmalarını arzuladılar.

    BŞTİ-nin nümayəndəsi Nigar Tanrıverdiyeva öz çıxışında liseyin həmişə qabaqcıl təhsil ocaqları sırasında olduğunu qeyd etdi, bu ənənənin davam edəcəyinə əmin olduğunu bildirdi və məzunlara uğurlar dilədi.

    Liseyin direktoru Arif Əsədov çıxış edərək, məzunlara uğurlar dilədi və hər zaman ehtiyacları olduqları tədqirdə müəllimlərinin həmişə məzunların yanında olacaqlarını bildirdi.

    Tədbirin növbəti mərhələsində 65 yaşı tamam olan müəllimlər-Şəfiqə Ağayeva, Yaqut Salahova, Dilbər Ağakişiyeva Nərimanov Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif edildi və liseyin hər zaman onlara ehtiyacı olduğu vurğulandı.

    Sonra məzunların rəngarəng çıxışları ilə "Son zəng" tədbiri yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi