Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda 2021-2022-ci tədris ili üzrə keçirilən dərslər başa çatıb.

    Binəqədi rayonu 276 nömrəli məktəbdə təşkil olunan yekun dərsdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açıb. H.Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

    Daha sonra çıxış edənlər Heydər Əliyevin siyasəti sayəsində müasir dövrdə Azərbaycanın milli dövlətçiliyinin real məzmun və məna kəsb etdiyini, dövlət suverenliyimiz sarsılmaz və dönməz gerçəkliyə çevrildiyini bildiriblər. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycanın xilasının və tərəqqisinin əsası olduğunu vurğulayıblar.

    Qeyd ediblər ki, məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

    Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

    Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən  ibarətdir.

    Tədbirdə liseyimizin  XI sinif şagirdləri də iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi