"Qayğı üçün yarat" layihəsi

    01 iyun 2022-ci il tarixində Azad Hümbətov adına 291№-li Ekologiya liseyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Qayğı üçün yarat" adlı satış-sərgi layihəsi keçirilmişdir.

    Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Gunay Qurbanova, Gənclər və İdman Nazirliyi Nərimanov rayon şöbəsinin müdiri Nəcəf Novruzov, TƏBİB-in layihələrin icrasına nəzarət şöbəsinin müdiri, tibb elmləri doktoru Emil İskəndərov, Nərimanov rayon ümumtəhsil məktəblərinin direktorları, ABTİA-nın müəllimi Aynur Abdullayeva, BDU-nin professoru, pedoqoqika üzrə elmlər doktoru Hikmət Əlizadə, milli ordunun ilk qadın komandiri mayor Aida Şirinova, filosof, yazıçı, psixoloq Rövşən Abdullaoğlu və liseyimizin müəllim, şagird, valideynləri iştirak etmişdir.

    Sərgidlər liseyin yaradıcı gənclərinin əl işləri və fiziki imkanları məhdud yeniyetmələrin yaradıcılıq işlərinin satışını həyata keçirmişlər. Layihə şəxsiyyətyönümlü təhsildə şagirdlərin müstəqill təqdimetmə qabiliyyətlərinin inkişafına və müxtəlif statuslu yeniyetmələrin cəmiyyətə birgə inteqrasiyasına yönəlmişdir.

    Satış-sərgi çox rəngarəng görüntülərlə yadda qalmışdır. Layihə ilə bağlı bir çox görüntülər ölkənin AzTV kanalı vasitəsilə canlı yayımlanmışdır.

    Sərgidə həmçinin, ingilis dili müəllimi Gülnarə Cəfərovanın rəhbərliyi ilə liseyin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

    Lahiyənin icraçısı, liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov, layihənin müəllifi Tamara Məmmədova, liseyin IX sinig şagirdi Aysel Məmmədova maraqlı çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi