7d sinfi "Suraxanı Gəmi Muzeyi" nə ekskursiya

25.05.2022-ci il tarixində 7d sinif şagirdləri sinif rəhbəri Sevda Zamanova və valideyn komitəsi Xəyalə Xəlilovanın təşkilatçılığı ilə Suraxanı Gəmi Muzeyinə ekskursiyaya getdilər.
Səyahət zamanı nümayiş etdirilən nişanlar və müxtəlif gəmi maketləri şagirdlərin marağına səbəb oldu. Gəmilərin necə təmizləndiyini göstərən maket şagirdləri daha çox maraqlandırdı.
Şagirdlər gəzinti vaxtı gəmilərin necə işləməsi prosesindən xəbərdar oldular.
Muzeydə gəmilərin hissələrinin necə qurulması və onların nəyə xidmət göstərdiyini öyrədən HD videolar var idi.
Sonda şagirdlər VR eynəkləri ilə əyləncəli vaxtlar keçirdilər.