6b sinifi Heydər Əliyev Mərkəzində

27.05.2022-ci il tarixində liseyimizin 6b sinif şagirdləri tarix müəllimi Bayramova Arzunun rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiyaya getdilər.
Ekskursiya zamanı şagirdlərə dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verildi.
Şagirdlər muzey ilə yaxından tanış oldular. Orada nümayiş olunan tarixi və arxeoloji eksponatlar, foto və videolar şagirdlər tərəfindən maraqla qarşılandı.
Şagirdlər ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.