"Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirildi

    27.05.2022-ci il tarixində liseydə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda IX və X sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.

    Tədbirdə Nərimanov RPİ-nin cinayət axtarış şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Cavadzadə, Nərimanov RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla bölməsinin rəisi polis polkovnik-leytenantı Ruslan Hüseynov, Nərimanov RPİ-nin Veteranlar şurasının sədri, ehtiyarda olan polis polkovniki Ramiz Məmmədov,  Nərimanov RPİ-nin Veteranlar şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Rasim Abbaslı iştirak etmişlər.

    Giriş sözü ilə tədbiri açan liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov qonaqları, eləcə də tədbir iştirakçılarını salamladıqdan sonra, narkomaniya ilə bağlı öz fikirlərini söylədi və bununla bağlı təhsil ocağının direktoru olaraq  təhsilalanlara öz tövsiyələrini verdi.

    Sonra söz  Nərimanov RPİ-nin Cinayət axtarış şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Cavadzadəyə verildi. Polkovnik-leytenant Vüqar Cavadzad şagirdlərə narkomaniya ilə bağlı ətraflı məlumat verdi və narkotikin həyat üçün nə qədər təhlükəli olduğunu onların diqqətinə çatdırdı.

    Növbəti çıxış üçün söz Nərimanov RPİ-nin Veteranlar şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədova verildi. Polis polkovniki Eyvaz Nurməmmədov statistkaya əsaslanaraq Nərimanov rayonu ərazisində olan vəziyyət haqqında məlumat verdi. Şagirdlərə həmişə iradəli olmağı və pis vərdişlərdən uzaq olmağı tövsiyə etdi.

    Sonra şagirdlərə mövzu ilə bağı videoçarx nümayiş etdirildi.

    Tədbirin sonunda liseyin direktoru iştirakçılara öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi