28 May Respublika Gününə həsr olunmuş "İstiqlal " adlı ədəbi-bədii kompozisiya

26.05.2022-ci il tarixində liseyin Uşaq Birliyi Rəhbəri Atlaz Zeynalovanın iştirakı ilə 28 May Respublika Gününə həsr olunmuş "İstiqlal " adlı ədəbi-bədii kompozisiya keçirildi.
Şagirdlər bir-birindən maraqlı mahnı, şeir, video-çarx və səhnəciklər təqdim etdilər.
Tədbirin ikinci hissəsi isə IX və X sinif şagirdərinin iştirakı ilə müzakirəyə həsr olundu.
Müzakirədə lieyin tarix müəllimi Şəfiqə Ağayeva AXC haqda geniş məlumat verdi.
Eyni zamanda şagirdlərlə fikir mübadiləsi aparıldı.