“Planet çağırır” ekoloji layihəsi

    Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi probleminə həsr olunmuş “Planet çağırır” adlı ekoloji layihəyə start verilib.

    Layihənin məqsədi ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək, uşaqları maarifləndirmək və planetə şüurlu münasibət prosesinə cəlb etməkdir.

    Növbəti təlim Azd Hümbətov adına 291№-li Ekologiya liseyinin 5b sinif şagirdləri və "Bal arıları" Ekoklub üzvləri ilə keçirildi.

    RUGİM-in peşəkar rəssamı Dadaşov Cavid tərəfindən aparılan təlimdə şagirdlərimiz öz ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan və kağız tullantılarından, digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərləri, incəsənət nümunələrini, müxtəlif eksponatları nümayiş etdirdilər.

    Təlimlərdə müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verildi. Mövzu ətrafında fikir mübadiləsi aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

    Şagirdlər öz əl işlərini nümayiş etdirdilər. Onların hər birinin əl işi böyük maraqla qarşılandı. Şagirdlər bundan sonra da tullantı məhsullarını gözəl sənət əsərinə keçirəcəklərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi