"Beynəlxalq Bioloji Müxtəliflik Günü" tədbiri

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyi və City Park ByCafeCity tərəfindən 22 may- "Beynəlxalq Bioloji Müxtəliflik Günü"ndə Xətai rayonunda yerləşən Gənclik parkında "Təbiəti qoruyaq" çağırışı ilə "Plastikləri atma, onlara ikinci həyat ver!" başlığı altında tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara yaradıcılıqla yanaşı, kiçik yaşlarından təbiəti sevməyi, ekologiyanı qorumağı öyrətməkdir.
Təşkil olunan "master-class"da iştirak edən balaca dostlara tullantıların çeşidlənməsi ilə bağlı təlim keçirilib. "Master-class" zamanı balaca dostlarımız plastik qablardan düzəltdikləri gül dibçəklərinə müxtəlif ağac və gül toxumları əkiblər".
Sonda uşaqlara ətraf mühitin mühafizəsinə dair videoçarxlar nümayiş etdirilib, viktorinalar təşkil olunaraq qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin və City Park ByCafeCity birgə təşkilatçılığı ilə keçirilən ətraf mühitin mühafizəsi, tullantıların çeşidlənməsi və təkrar emalı mövzusunda uşaqlar üçün nəzərdə tutlmuş silsliə tədbirlər cari ilin mart ayından etibarən hər həftənin şənbə və bazar günləri davam etdirilir.
Liseyin 6b sinif şagirdi Qurbanlı Hüseyn və 5b sinif şagirdi Xəlil Fuad da bu tədbirdə iştirak etmişlər.