“21-ci əsrin ünsiyyət dili” məktəblilərin fərdi inkişaf forumu keçirildi

    21 may 2022-ci il tarixində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı ilə “21-ci əsrin ünsiyyət dili” məktəblilərin fərdi inkişaf forumu keçirilib.

    ​“21-ci əsrin ünsiyyət dili” məktəblilərin fərdi inkişaf forumunun əsas məqsədi müasir dövrün ən aktual istiqamətləri olan təhsil, biznes, düşüncə, elm, karyera, mütaliə, fərdi inkişaf və.s. sahələrdə tanınmış mütəxəssislərlə şagirdlərin görüşünü təşkil etməkdən ibarətdir.

    ​Forum iştirakçıları 21-ci əsrin ən aktual istiqamətlərində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, bu istiqamətlər ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktiki vərdişlərə yiyələnmək imkanı qazanıb.

    ​Tədbirin açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin baş mütəxəssisi, təlimçi Seyfullayev Fərid salamlama nitqi ilə çıxış edib. Daha sonra forumda Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Talıbov İlqar, RUGİM-in Elm, innovasiya və texnologiya şöbəsinin müdiri Sadıyeva Nəzrin, “Karyeranın dili” mövzusu ətrafında Karyera psixoloqu Orxan Mahmudov, “Beyinin dili” mövzusu ətrafında Şüuraltı üzrə mütəxəssis, Dünya Yaddaş Olimpiadaları Federasiyasının Azərbaycan üzrə təlimçisi Mirşahin Əlizadə, “Kitabın dili” mövzusu ətrafında “LİBRAFF” kitab mağazalarının İctimaiyyətlə Əlaqələr üzrə meneceri, videoblogger Rüstəmov Sərxan, “Vətənə sevginin dili” mövzusu ətrafında Vətən müharibəsi iştirakçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru, Hərbi Qənimətlər Parkının meneceri və Gənclər üçün Prezident mükafatçısı Orucəli Abbaszadə, “Ünsiyyətin dili” mövzusu ətrafında Şəxsi inkişaf və Natiqlik üzrə təlimçi, mentor Mehdiyev Ağa, “Xaricinin dili” mövzusu ətrafında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Sabah qruplarının ingilis dili müəllimi Məmmədli Abdulxaliq, “Təhsilin dili” mövzusu ətrafında təhsil üzrə ekspert Qoşqar Məhərrəmov, “Fərdi inkişafın dili” mövzusu ətrafında RUGİM-in baş mütəxəssisi, təlimçi Seyfullayev Fərid, “Sağlamlığın dili” mövzusu ətrafında Tibb Universitetinin dosenti, tib elmləri namizədi, fizioloq Mahmudov Rəşid çıxış ediblər.

    ​Forumda Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VII-X siniflərində təhsil alan 100 şagird iştirak edib.

    Liseyimizin 9b sinif şagirdləri Kərimzadə Zəhra, Aşurov Sezər, 8ç sinif şagirdləri Həmidli Ellada, Mahmudzadə Orxan bu forumda iştirak etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi