Çəkilən zəhmət bəhrəsini verdi
Bu yaz liseyimizin həyətyanı sahəsi çox gözəldir. Liseyin müəllim və şagird kolektivinin zəhməti sayəsində gözəl olan həyətimiz daha da gözəlləşdi.
Liseyin həyətyanı sahəsinə bu yaz 34 qızılgül, 27 zanbaq, 3 kala, 8 kartofgülü, 3 bənövşə, 1 barbaris, 4 yeddigözəl, 1 yaşılxallı, 4 xrizantema, 6 beqoniya, 6 ivanmariya, 6 ramunkulus, 8 geran, 9 ospesperum, 6 dahilya, 8 ağ reyhan, 25 qara reyhan, 32 pomidor ştili, 12 xiyar ştili, 47 bibər ştili, 50 kol çiyələk,2 kol nanə, 2 kol yarpız əkilib.
Liseyin məktəbyanı sahəsində əkilən bitkilərin çiçək açmasını görmək çox sevinclidir.
Bütün əkilən bitkilər torpaqlarda möhkəmlənib, boy atıb. Qızılgüllərimiz rənbərəng güllər açaraq, göz oxşayır.
Çox sevinirik ki, çəkilən zəhmətimiz öz bəhrəsini verdi. Çəkilən əməyimizin bəhrəsini görmək bizi çox sevindirir.
Həyətyanı sahədə həmçinin, pomidor, xiyar, badımcan, bibər ştilləri əkilmişdi. Ştillərimiz torpağa bərkiyib və çiçək açmaq üzrədir. İnanırıq ki,məhsuldarlıq yaxşı olacaq.vaxtında verilən gübrə məhsuldarlığa da təsir edəcək.
Bütün bitkilər bağçamızda bir harmoniya,bir ahəngdarlıq yaradır. Bitkilər təbiətin bir parçasıdır. Bitkiləri sevək, təbiəti qoruyaq!
Bu gözəl işdə əməyi olan hər kəsə öz minnətdarlığımızı bildiririk! Onlar bu işi böyük həvəslə və sevinclə ediblər.