Üzeyir Hacıbəyovun " Arşın mal alan" və "O olmasın, bu olsun" tamaşaları səhnələşdirildi

    18.05.2022–ci il tarixində, Azad Hümbətov adına 291 № li Ekologiya liseyində pedaqoji təcrübədə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Filologiya” fakultəsinin Xarici dil (ingilis) müəllimliyi” ixtisasının ingilis dili üzrə pedaqoji rəhbəri İbrahimova Aytən  və həmin ixtisasın 1808-ci qrupunun təşkilatçı tələbələri Məmmədova Zəhra,  Məstanova Tünzalə və digər tələbələrin əməkdaşlığı  tərəfindən təşkil olunmuş “Üzeyir Hacıbəyov yaradıcılığı” adlı tədbir keçirilmişdir.

  Üzeyir Hacıbəyov dahi bəstəkar, musiqişünas, publisist və ictimai xadimdir. Ü.Hacıbəyov 1885-1948- ci illərdə yaşamışdır. Bütöv islam aləmində ilk operanın müəllifidir. Musiqili komediyaları ilə məşhur olan Üzeyir Hacıbəyov 7 opera və 3 operetta yazmışdır. “Arşın mal alan”, “O olmasın bu olsun”, “Ər-arvad” kimi əsərləri dillər əzbəri olmuş, bir çox ölkələrdə səhnələşdirilmişdir.

  Tədbir ilk olaraq, Azərbaycan himni ilə açılmış, sonra “Koroğlu” üverturası səsləndirilmişdir.

  Tədbir Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı ilə davam edilmişdir. Tədbirdə Üzeyir Hacıbəyovun “Arşın mal alan”  və  “O olmasın, bu olsun” kimi məşhur  operettalarından kiçik parçalar məktəb şagirdləri  tərəfindən səhnələşdirilmişdir.

Həmçinin, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru və Filologiya fakültəsinin dekanı şair-professor Mahirə Hüseynovanın şeirindən bir parça tar sədaları altında liseyin şagirdi Selin Mirhəsənli tərəfindən söylənildi və onun şeirinə həsr olunmuş musiqinin sədaları altında Günel İsmayılova rəqs etdi. 

  Həmşinin tədbirdə “Arşın mal alan” və “Uzundərə” rəqslərinə də yer verilmişdir.

  Məktəbimizdə  pedaqoji təcrübədə olan tələbələrə və ingilis dili üzrə olan  metodistlərə məktəb rəhbərliyi adından ərsəyə gətirdikləri tədbir üçün dərin təşəkkürümüzü bildirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi