“Azərbaycan Milli İncəsənət” muzeyinə ekskursiya

12.05.2022-ci tarixində “Azərbaycan Milli İncəsənət” Muzeyinə 8d sinif şagirdləri sinif rəhbərləri Əhmədova Əfsanə müəllimənin təşkilatçılığı ilə ekskursiyaya getmişlər.
Muzeydə incəsənət, heykəltaraşlıq, rəsm və xalça nümunələri nümayiş olunurdu.
Muzeyin hər bir zalında müxtəlif dövrlərə və müxtəlif xalqlara aid nümunələr nümayiş olunurdu.
Şagirdlər həmçinin Rusiya, Çin, Osmanlı və s. xalqların qədim adət-ənənələri və onların çəkdikləri rəsimləri, hazırladıqları qablar, və müxtəlif tikmələr haqqında məlumatlara yiyələndilər.
Digər zalda isə Mikayıl Abdullayevin əsərləri nümayiş olunurdu.
8d sinif şagirdləri “Milli İncəsənət” muzeyinə ekskursiya sayəsində yeni və maraqlı məlumatlar əldə etdilər.