5a və 5b sinifləri ekskursiyalarda

Liseyimizdə fəaliyyət göstərən RUGİM-nin Gənc Diyarşünas və Ekoklub bal arıları dərnəyinin rəhbərləri Həsənova Aynurə və Qasımova Mətanətin təşkilatçılığı ilə 5a və 5b sinif şagirdləri təbiətmizi daha yaxından tanımaq məqsədilə bu dəfə Nəbatət bağına və Təbiət Tarixi Muzeyinə ekskursiya etdilər.
5a və 5b siniflərinin valideyinləri də ekskursiyada iştirak etdilər.
Ekskursiyada uşaqlar təbiətin gözəlliyini tərənnüm edən qeyri-adi bitkilərə tamaşa etdilər.
Muzeydə isə nəsili kəsilmiş və hal-hazırda mövcud olan heyvan nümunələri ilə tanış oldular.
Şagirdlər ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.