15 may- Beynəlxalq Ailə Günü

13 may 2022-ci il tarixində liseyin psixoloqu Dilbər Ağasiyeva və UBR-i Atlas Zeynalova tərəfindən 10-cu, 9-cu siniflərlə “15 may- Beynəlxalq Ailə Günü”-nə həsr olunmuş Dəyirmi masa keçirildi.
“Möhkəm ailə, sağlam cəmiyyət, güclü dövlət” devizi altında müxtəlif fikirlər söylənildi. Anket sorğusu keçirildi.
Ailələrin dağilmamasi üçün nələri bilmək lazımdır? Aİlə nəyin üzərində quruldu ğu, ailə başçılarının funksiyalarının nədən ibarət olduğu haqda bilgilər aşılandı. Ətrafınızda olan natamam ailələrin uşaqlarına qarşı daha həssas, daha diqqətli və empatik olmaları tövsiyə olundu.
Ümümiyyətlə, cəmiyyətimizin sağlam, dövlətimizin güclü olması üçün, gələcək də, siz şagirdlərin, quracağınız ailələrin daha möhkəm, daha sağlam olmasının necə vacib olduğunu anlatmağa çalışdıq.
Biz, psixoloqlar, natamam ailələrin artmasının, risk qrupuna aid olan şagirdlərin çoxalmasının əleyhinəyik və çalışırıq ki, heç bir uşağın dünyası ikiyə bölünməsin.
Hər bir uşağın sağlam ailədə böyümək hüququ olduğuna görə, liseyimizin şagird lərində yetkin biliklərin olmasına və fikirlərinin mübadiləsinə çalışdıq.