Heydər Əliyev irsi ilə tanışlıq

13.05.2022-ci il tarixində liseyin təşkilat işləri üzrə direktor müavini Zeynəb Qasımovanın təşkilatçılğı ilə 9b sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil etmişlər.
Şagirdlər böyük maraqla Ulu Öndər Heydər Əliyevin Azərbaycana həsr etdiyi ömrünün hər bir səhifəsini özündə əks etdirən Mərkəzin eksponantları ilə tanış olmuşlar.
Səsləndirilən bütün materiallara diqqətlə qulaq asaraq, Ümummilli liderin xalqına göstərdiyi misilsiz xidmətlərinin bir daha şahidi oldular.
Dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı ona təqdim olunmuş maraqlı hədiyyələr şagirdlərin böyük marağına səbəb oldu.
Həm birinci, həm də ikinci dəfə hakimiyyətdə olduğu illərdə təltif olunmuş medal və ordenlərin nümayiş olunması Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən dəyər şagirdlər üçün yeni əyani məlumatların əldə edilməsində böyük rol oynadı.
Şagirdlər Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı yeni-yeni məlumatlarla tanış oldular.