Vilyam Şeksprin  “Othello” və “Rome və Juliet” kimi məşhur əsərləri şagirdlərimizin ifasında

    11.05.2022–ci il tarixində liseydə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin Xarici Dillər Mərkəzinin baş müəllimi, ingilis dili üzrə pedaqoji təcrübə rəhbəri İbrahimova Aytən və Azad Hümbətov adına 291 №-li Ekologiya liseyində pedaqoji təcrübədə olan Xarici dil (ingilis) müəllimliyi” ixtisasını 1808-ci qrupun tələbələri Əliyarova Nəzakət, Məstanova Tünzalənin və digər tələblərin təşkilatçılığı ilə  “William Shakespeare” adlı tədbir keçirilmişdir.

    Tədbir ilk olaraq, Azərbaycan himni ilə açılmış, sonra Vilyam Şeksprinin həyat və yaradıcılığına həsr olunmuş video roliklərlə davam etmişdir.

    Tədbirdə Vilyam Şeksprin “Othello” və  “Rome və Juliet” kimi məşhur əsərlərindən kiçik parçalar məktəb şagirdləri tərəfindən səhnələşdirilmişdir.

    Həmçinin, tədbirdə “Julius Ceaser” əsərindən Antoninin monoloqu, Vilyam Şekspirin məşhur sonnetləri ifa olunmuş və “Romeo və Juliet” əsərindən “Love theme ” adlı musiqi sədaları altında liseyin şagirdi Əsədova Kəklik rəqsə etmiş, Orxan Mahmudzadə isə “Rome və Juliet” əsərindən bir hissəni kağız üzərində canlandırmışdır.

    Sonda tədbir üçün şərait yaratdığına görə Azad Hümbətov adına 291 № li Ekologiya liseyinin direktoru Əsədov Arif və liseyin heyətinə dərin təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi