"Insan alverinin qurbanlarına çevrilməyək"

10.04.2015 - ci il tarixdə liseydə "Insan alverinin qurbanlarına çevrilməyək" adlı tədbir keçirildi.Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Nərmanov rayon bölməsinin sədri Esmira Sadıxova və Miqrasiya şöbəsinin layihə üzrə təlimatçısı Hadıyeva Nurigül iştirak etmişdir. Mövzuyla bağlı E. Sadıxova mühazirə oxumuş, H. Nurigül videoçarx nümayiş etdirmişdir. Maraqlı məlumatlar üçün liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Afər Əliyeva müdriyyət adından qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırıldı.