İlk dərslər Heydər Əliyevin doğum gününə həsr olundu

10.05.2022-ci il tarixində liseydə ilk dərslər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olundu.
Liseyin biologiya müəllimi Sədaqət Əliyeva və biologiya laborantı Vüsalə Həsənovanın təşkilatçılığı ilə 6b sinfində H.Əliyevin doğum gününə həsr olunmuş açıq dərs keçirildi.
Dərsdə Ulu Öndərin həyat və fəaliyyətinə aid videomateriallar və maraqlı məlumatlar təqdim olundu.
Şagirdlər liseyin foyesində yerləşən Ulu Öndərin guşəsini ziyarət etdilər və guşənin önünə qərənfillər düzdülər.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində əvəzolunmaz şəxsiyyət olararaq, hər zaman qəlbimizdədir.