"Mən Azərbaycanlıyam"adlı ədəbi -bədii kompozisiya keçirildi

10.05.2022-ci il tarixdə UTBR-i Atlaz Zeynalovanın təşkilatçılığl ilə liseyin bədii qiraət dərnəyinin təqdimatında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə şagrdlərin ifasında Ulu Öndərə həsr olunmuş video-süjetlər, şeirlər, mahnı və musiqi nömrələri təqdim olundu.
Tədbirdə Heydər Əliyevin ömür yolunu əks etdirən rəsm əsərləri nümayiş edildi.
Eyni zamanda şagirdlər dahi şəxsiyyət Heydər Əliyev dühasınından bəhs edən maraqlı məlumatlar təqdim etdilər.
Ulu öndər Heydər Əliyevə həsr olunmuş hər bir çıxış, xüsusilə də, "Xilaskar" şeiri və "Andiçmə mərasimi" adlı səhnəcik tamaşaçılar tərəfindən alqışla qarşılandı.
Tədbir "Heydər xalqım deyəcək " adlı mahnı ilə sona yetdi .