Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbir

05.05.2022-ci il tarixində Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində faşizm üzərində Qələbə Gününə həsr olinmuş tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himninin sədaları ilə başlandı.
Daha sonra məktəbin tarix müəllimi Səbinə Məmmədova həmin illərdə Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümayiş etdirməsi haqqında məlumat verdi. Səbinə müəllimə qeyd etdi ki,170 min Azərbaycan əsgəri və zabiti müxtəlif orden və medallarla təltif edilmişlər.
Tədbirdə məktəbin direktor müavinləri, müəllim və şagirdləri iştirak etmişdir. Şagirdlər Sovet İttifaqı Qəhrəmanları general-mayor Həzi Aslanov, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Mehdi Hüseynzadənin obrazlarını canlandırdılar.
Tədbirdə xüsusilə qeyd edildi ki, II Dünya Müharibəsində qələbə qazanılmasında Azərbaycanın igid övladları kimi xalqımızın sərvəti olan Bakı nefti də həlledici amillərdən olmuşdur.
Tədbirin sonunda 7c və 5c sinif şagirdlərinin bir-birindən maraqlı təqdimatları səsləndi. Tədbirə musiqi müəllimi Gülbəniz Muxtarova və 7c sinif şagirdi Salahov Ayaz musiqili kompozisiyalarla rəng qatdı.