Qobustana ekskursiya təşkil olundu

    04.05.2022-ci il tarixində liseyin rus dili  müəllimi Şəlalə Ağacanova 7c sinif şagirdləri və valideynlərlə birlikdə Qobustan Dövlət Tarix və Bədii Qoruğuna ekskursiyaya getdilər.

    Şagirdlər qoruqdakı arxeoloji abidələr kompleksini, burada fəaliyyət göstərən muzeylə yaxından tanış oldular.

    Həmçinin şagirdlər qoruqda sərgilənən Mezolit abidələrlə yaxından tanış oldular.

    ”Qavaldaş” adlanan qədim daş musiqi qurğusu şagirdlərdə xüsusi maraq oyatdı.

    Qobustan Dövlət Tarix və Bədii Qoruğunun bələdçiləri şagirdlərimizə dünya qayaüstü incəsənəti və Qobustan abidələri haqqında geniş məlumat verdilər.

    Şagirlər ekskursiyadan xoş təəssuratlarla qayıtdılar.     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi