Şəhid Azad Hümbətovun evinə ziyarət

04.05.2022-ci il tarixində liseyin bir qrup müəllim və şagirdi Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun ailə üzvləri ilə görüşmüşlər.
Şagirdlər onun yaşadığı mənzildəki guşəsi önünə qızılgüllər qoyqaraq, şəhidin xatirəsini yad etmişlər.
Görüş zamanı Azad Hümbətovun anası Leyla xanım Azadın uşaqlıq və məktəb illərindən söhbət açdı. Onun hələ müharibə başlamasından öncə Füzuli rayonunda hərbçi kimi xidmət etməsinin arzusunda olduğundan danışdı.
Liseyin VII sinif şagirdi Elşad Məsimli neçə il əvvəl Azadla bağlı xatirəsindən, ona bəxş etdiyi hədiyyəni necə qoruyub saxladığını söylədi.
Liseyin müəllimləri Azad haqqında olan xatirələrini bölüşdülər.
Şəhidin ailə üzvləri görüş üçün minnətdarlıq bildirdi.
Biz isə deyirik: "Biz hamımız Azad kimi qəhrəman oğul böyütdüyünüz üçün sizə minnətdarıq! "