"Şuşa ilinə" həsr olunmuş yarış keçirildi

    23.04.2022-ci il tarixində 287 №-li Zəkalar liseyində növbəti Zəka intellektual riyaziyyat yarışı keçirildi. Yarış "Şuşa ili"nə həsr edilmişdi.

 Liseyin riyaziyyat müəllimləri Tünzalə Cəfərquliyeva və Şəfayət Mirzəyevanın rəhbərliyi ilə 7-ci sinif şagirdləri yarışa qatılmışdı.

    Zəkalar liseyinin direktoru Aygün Əhmədli  tədbir iştirakçılarını salamlayaq, bu cür yarışların şagirdlərin öz bilik səviyyəsini yoxlaması və sağlam rəqabət mühitinin yaradılması məqsədini daşıdığını bir daha vurğuladı.  

    Sonra çalğı alətləri ansamblının ifasında popuri ifa edildi və yarış başlandı.  

    Bu yarışda Ekologiya liseyi ilə yanaşı Zəkalar liseyinin, Pişəvəri adına gimnaziyanın, Kimya-biologiya liseyinin və Humanitar liseyinin də  VII sinif şagirdləri iştirak edirdilər. 

    Qızğın rəqabət şəraitində davam edən oyun çox maraqlı keçdi.  

   Sözügedən yarışda  Zəkalar liseyi I,  Kİmya-biologiya liseyi II,  Ekologiya liseyin  komandası isə III yerin qalibi oldu. 

    Qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

    Şagirdlərimizi təbrik edirik! Onlara yeni uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi