Həyətimizdən yaz nəfəsi duyulur

    VIII,IX,X sinif şagirdlərinin məktəbyanı sahədə gördükləri işlərdən həvəslənən VI sinif şagirdləri də bu gözəl işə həvəslə qoşuldular.

    6ç və 6b sinif şagirdləri yaz çiçəklərini məktəbyanı sahəyə gətirdilər.

    Burada güllərin müxtəlif növləri var idi. Onlar bir-birindən gözəl və fərqli idilər. 

    Şagirdlərimiz çiçək əkmək və ona qulluq etmək həvəsi ilə özlərinə torpaq sahəsi ayırdılar. Böyük həvəslə işə başlayan şagirdlərimiz əkilən gülləri suladılar.

    Zəhmətlə,həvəslə görülən iş həmişə sevindirici olur. Şagirdlərimiz gördükləri işi sevinclə seyr etdilər.

    Əkilən güllər məktəbyanı sahəyə xüsusi gözəllik qatdı.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi