Müəllim və şagird münasibətləri

    23 aprel 2022-ci ildə  liseyin psixoloqu Dilbər Ağasiyeva tərəfindən VII-X siniflərin şagirdlərinin və müəllimlərin iştirakı ilə “Müəllim–Şagird münasibətləri” mövzusunda Dialoq-treninq  keçirdi.
   Treninqdə şagirdləri düşündürən bir çox suallara cavab axtarıldı.

   Müasir müəllimi necə görmək istərdiniz? Müasir şagird necə olmalıdır? Məktəbdə ən çox hansı hallarda  stress alırsınız? Stressin öhdəsindən gələ bilirikmi? Stress həyatımızı necə zəhərləyir?
    Dialoq-treninqdə müəllim-şagird münasibətlərinin daha yetkin, daha demokratik dəyərlər üzərində qurulmasına, şagirdlərin düşünmək, öz fikrirlərini sərbəst söyləmək bacarıqlarının inkişafına üstünlük vermək, ən başlıca məqsəd isə sağlam münasibətlərin, psixoloji mədəniyyətin inkişafına nail olmağa çalışıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi